29 C
Bakı
11 Avqust 2025 15:03
Hadisə

Yanlış əməliyyat olunan 16 yaşlı Ümid vəfat etdi

Yanlış əməliyyat olunan 16 yaşlı Ümid vəfat etdi

Ötən ilin noyabrında avtomobillə vurulan və yanlış əməliyyat nəticəsində ölümcül vəziyyətə düşən 16 yaşlı Ümid Əhmədov ötən gün dünyasını dəyişib.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə gəncin anası Qızılgül Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, övladının xəstəliyinin əlacı tapılmışdı və sağalmasına çox az qalmışdı. Lakin yaşamağa gücü qalmayan Ümüdün ürəyi dayanıb.

Qeyd edək ki, Ü.Əhmədov qəzadan sonra xəstəxanaya çatdırılmışdı. Anasının sözlərinə görə, xəstəxanada əməliyyat zamanı onun nəfəs borusu və qida borusunun arası yırtılıb.

Əməliyyat və müalicələrə 180 min manat pul xərclədiyini deyən ana bildirmişdi ki, 7 aydan çox övladının boğazından bir qurtum su da keçməyib və uşağın çəkisi 90 kq-dan 20-yə düşüb.


Oxşar xəbərlər

Azərbaycanda 700 il əvvələ aid tarixi abidə məhv edilir – Foro

admin

Urmiyada fabrikdə 51 işçi qazdan zəhərləndi

redaktor

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

admin