Dünya

Ağ Evdə kokain tapıldı

 

Ekspertiza işçilərin və ziyarətçilərin Ağ Evin anbarında cib telefonlarını qoyduqları şkafda tapılan ağ tozun kokain olduğunu təsdiqləyib.

Məlumata görə, narkotik Ağ Evin prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin ofislərinin və işçilərinin, həmçinin Oval kabinetin yerləşdiyi qərb qanadında adi yoxlama zamanı aşkar edilib.

Bildirilir ki, bir qayda olaraq, qonaqlar üçün həftə sonları Ağ Evin bu hissəsində turlar keçirilir, lakin Məxfi Xidmət ötən həftə sonu belə hadisələrin olub-olmaması barədə məlumat açıqlamayıb.
Qeyd olunur ki, narkotik maddə aşkar edilən zaman Bayden və onun ailə üzvləri Ağ Evdə olmayıb, onlar Amerika administrasiyası rəhbərinin ölkə iqamətgahının yerləşdiyi Kemp Deviddə (Meriland) olublar.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident və xanımı Özbəkistana getdi

redaktor

Azərbaycanda bu internet tarifləri ləğv edilib, ödənişlər 2 dəfə azaldılıb

redaktor

Bakıda gecə binalar üzərində dronlar niyə uçur?

redaktor