Cəmiyyət

Talıbovlar daha bir şirkətini itirdilər

 

“Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb. “APA-Economics” xəbər verir ki, şirkət “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.

Xatırladaq ki, bundan əvvəl Talıbovlar “Gəmiqaya Holdinq”lə bağlı eyni aqibəti yaşayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA

redaktor

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

admin

Avropa Parlamentində Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq çağışları eşidilir

admin