Dünya

Priqojin sükutu pozdu: “Tezliklə görəcəksiniz…”

 

“Tezliklə növbəti qələbələrimizi görəcəksiniz”. “Ölkə.Az” xəbər verir ki, Belarusa “gedən”  “Vaqner” rəhbəri Yevgeni Priqojinin iyun qiyamından keçən müddətdən sonra ilk dəfə audio mesajı hərbi qruplaşmaya yaxın “Gray Zone” teleqram kanalında yayımlanıb.

“Bu gün sizin dəstəyinizə həmişəkindən daha çox ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “ədalət yürüşü” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq”, – o qeyd edib.

Priqojin, həmçinin yaxın gələcəkdə hamının “cəbhədə növbəti qələbələrimizi” görəcəyinə əminliyini ifadə edib.

Bununla belə “Vaqner” yaradıcısı gələcək planları və harada olduğu barədə məlumat verməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukraynaya atdığı İran dronu Rumıniyaya düşdü

redaktor

İranda 18 mühəndis saxlanıldı – İsrail üçün PUA-lar hazırlayıblar

redaktor

Zelenskinin dizayneri azərbaycanlı imiş – FOTO

redaktor