Cəmiyyət

Hacı Şahinin qəbirüstü abidəsi niyə hazırlanmır? – Rəsmi açıqlama

Hacı Şahinin qəbirüstü abidəsi niyə hazırlanmır? - Rəsmi açıqlama

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzar daşı hələ də hazır deyil.

Tacxeber.com xəbər verir ki, İslam adətlərinə görə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulsa da, Hacı Şahinin qəfil vəfatından 4 ay keçməsinə baxmayaraq, məzarı başında heç bir hazırlıq işi görülmür.

Məsələ ilə bağlı “Qafqazinfo”nun Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Səlahiyyətli din xadimlərindən biri isə bu barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, iyulun 7-si Hacı Şahinin 49 yaşı olacaq və sevənləri də qəbirüstü abidənin məhz ad gününə hazır olacağına ümid edirdilər.


Oxşar xəbərlər

“Azərbaycanda kimsə müstəqil iş qurub pul qazananda adamın başına olmazın müsibət gətirib, məhv edirlər” Altay Göyüşov

admin

Hər 30 uşaqdan 1-də gizli təhlükə – Mütəxəssislər həyəcan təbili çalır

redaktor

“WhatsApp”da yenilik – Artıq nömrə verməyə məcbur deyilsiz

redaktor