7 C
Bakı
26 Dekabr 2025 22:49
Dünya

“Titanik”də yazılan məktub 12 min dollara satıldı

 

“Titanik” gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb.

1912-ci il aprelin 11-i tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub “Titanik” gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib.

Məktubu alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci ildə aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513 nəfəri həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Qara Cümə”dir – Məşhur endirimli gün necə yaranıb?

admin

Xərçəng xəstəliyinin dərmanı ONDADIR

redaktor

ABŞ İrana 30 milyardlıq nüvə yardımı edəcək – Şok iddia

redaktor