21 C
Bakı
22 İyun 2025 22:57
Dünya

Markov: Onların hamısı Rusiyadan qaçacaq

 

Priqojinin üsyanını, Moskvaya yürüşünü şərh etmək üçün mübarizə gedir. Bu mübarizə Rusiya daxilində və xaricdədir. Ölkə daxilində hakimiyyət sərt şəkildə bunun Rusiyaya xəyanət və üsyan olduğunu deyir. Rusiya cəmiyyətinin radikal vətənpərvər sektoru isə deyir ki, bu üsyan qəbuledilməzdir, lakin üsyana bürokratiyanın xüsusi hərbi əməliyyata qarşı olan və Qərblə barışmaq yollarını axtaran hissəsi təhrik edib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Birinci mövqe hakimiyyətdə və elitada tamamilə üstünlük təşkil edir. İkinci mövqe müdafiədən narazı olanlardır. Ancaq bu, yəni, ikinci mövqe çox yayğındır və onun gücünü gözardı etmək olmaz. Niyə hakimiyyət onları iqnor etməməlidir? Ona görə ki, kritik anda hakimiyyət yalnız onlara arxalana biləcək. Bir şey olsa, yalnız onlar hakimiyyəti qoruya biləcəklər.

Bürokratik loyalların isə hamısı qaçacaq. Hər kəs kritik günlərdə Volqa boyunca gəmi ilə Plyosa və ya təyyarə ilə Dubaya gedəcək”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

SEPAH rəsmisinin oğlu öldürüldü, din xadimləri ilə qadınlar arasında qarşıdırma

admin

Paşinyan ordumuzun irəliləyişini təsdiqlədi

redaktor

Azərbaycan İranla sərhəddə beton divar tikəcək? – Deputatdan AÇIQLAMA

redaktor