19 C
Bakı
26 Sentyabr 2025 20:44
Cəmiyyət

İcra başçısı sakinlərlə görüşə atla getdi

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə iyunun 29-u və 30-u tarixlərində Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu, leysan yağışları nəticəsində təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması məqsədilə operativ müşavirə keçirilib. Müşavirədə rayonun mülki müdafiə üzrə xidmət rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev təbii fəlakətin ciddi ziyanlar vurduğu Əmirvar, Qabaqtəpə, Təzəkənd, Dəstəfur və Xoşbulaq kəndlərində, habelə yaylaqlarda olub, avtomobil gedə bilməyən yerlərə də atla gedib, zərərçəkmiş sakinlərlə, fermer və çobanlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ərazilərə cəlb olunmuş zəruri texnika və canlı qüvvənin fəaliyyətini izləyib.

Tacxeber.com

Oxşar xəbərlər

TikTok kimi platformalar mədəniyyətimizi və dilimizi dəstəkləmək üçün böyük potensiala malikdir – İlkin Həsəni

redaktor

Uzun müddət Gürcüstanda mühacirətdə yaşayan hüquq müdafiəçisi Avtandil Məmmədov bəyanat verdi.

admin

Rəşid Mahmudov estetik etdirənləri QINADI: “30 yaşdan aşağıların ağlı yoxdur”

redaktor