10 C
Bakı
17 Fevral 2026 01:49
Dünya

Putin: “Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayət sayılır”

 

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.

Tacxeber.com xəbər verir ki, dövlət başçısı bəzi ölkələrdə Qurana hörmətsizliyin cinayət sayılmadığına diqqət çəkib.

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə səfər edən dövlət başçısı buradakı tarixi məsciddə olub, müsəlmanlarla görüşüb.

Müsəlmanların Qurban bayramını qeyd edən Putinə Quran hədiyyə olunub.

“Quran müsəlmanlar üçün müqəddəsdir, başqaları üçün də müqəddəs olmalıdır. Bu, həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayətdir. Biz bu qaydalara hər zaman əməl edəcəyik”, – Putin hədiyyəyə görə təşəkkür edərək deyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistan Rusiya üçün qardaşdan da artıqdır” – Peskov

redaktor

Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi.

admin

Zakir Həsənov Hulusi Akarla görüşdü – FOTO

redaktor