Siyasət

Qarabağda nə baş verir? – Bir gecədə 5 erməni…

Qarabağda nə baş verir? – Bir gecədə 5 erməni...

 

 

“Azərbaycanda Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar”.

“Yeni Sabah” xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz Facebook hesabında yazıb.

“Nəticədə, məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanmışdır.

Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilmişdir. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi.

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir.

Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya tərəfi gündə təxminən 1000-1100 əsgər itirir, əksəriyyəti ölümcüldür”

admin

Tramp İraq və daha beş ölkədən idxala 30 faizlik rüsum tətbiq edir

redaktor

Putinlə Paşinyan arasında görüş başladı

redaktor