20 C
Bakı
22 İyun 2025 03:56
Dünya

Paşinyanın arvadı müdafiə naziri olacaq?

 

“Yeni müdafiə naziri vəzifəsinə qadının təyin olunması üçün zəmin hazırlanır”.

Bu sözləri Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Karapetyan deyib. O, yeni müdafiə nazirinin kim olacağı ilə bağlı ehtimallarını dilə gətirib.

“Uzun müddətdir dostlarımla söhbətdə təkidlə deyirəm ki, yeni müdafiə naziri vəzifəsinə qadının təyin olunması üçün zəmin hazırlanır. Böyük ehtimalla, bu, Anna Akopyan olacaq”, – deyə o qeyd edib.

“Təbii ki, mənim dediklərimi təsdiqləyən çox sayda sətiraltı ifadələr, nüanslar var. Məsələn, qızların “könüllü-məcburi” hərbi xidmətə çağrılması, Annanın Çex Respublikasında bu ölkənin müdafiə naziri ilə müəmmalı görüşü… Niyə olmasın? Onun həmin vaxt Çex Respublikasına gedərkən əynindəki paltar, ərinin yanında rəsmi geyimdə olması və s.

İndi bu nüanslara daha biri – “xanım nazir” də əlavə olunur…”, – deyə Naira Karapetyan vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir

redaktor

İsrail hərbi kəşfiyyatının bazası raket atəşinə tutuldu

redaktor

Aİ Ukraynaya 21 milyard avro hərbi yardım ayırmağa hazırlaşır

redaktor