Dünya

ISW: “Lukaşenko “Vaqner” silahlılarından Belarus ordusunu gücləndirmək üçün istifadə edə bilər”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko öz silahlı qüvvələrinin itirilmiş imkanlarını bərpa etmək üçün “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçilərindən istifadə etməyə cəhd edə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər hesab edirlər ki, Lukaşenko Belarusdakı “vaqnerçilər”dən istifadə etməklə yüksək operativ funksiyaların yerinə yetirilməsində öz silahlı qüvvələrinin Rusiya silahlı qüvvələrindən struktur asılılığını azaltmağa cəhd edə bilər. Bu həmçinin Kremlin “İttifaq dövləti” vasitəsilə Belarusu ələ keçirmək kampaniyasını tarazlaşdırmağa imkan verə bilər.

Lukaşenkonun bəyanatları onu da deməyə əsas verir ki, “Vaqner” ilk növbədə Belarus ordusu üçün təlim və məsləhət üzrə tərəfdaş kimi çıxış edəcək.

 

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor