13 C
Bakı
25 Sentyabr 2025 10:21
Sağlamlıq

Bildirçin yumurtası yeməyin faydaları

Xəstəliklərlə mübarizə apara bilmək üçün orqanizmin vitamin və mineral ehtiyacını daim təmin etməlisiniz. Ən əsası da uşaqların inkişafı üçün bu mütləqdir. Bunun üçün daha çox bildirçin yumurtası yeyilməlidir.

Tacxeber.com xəbər verir ki, bildirçin yumurtası uşaqlarda tez danışmağa, inkişafa kömək etdiyi kimi bəzi xəstəliklərlə mübarizədə də əla vasitədir.

İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı təbii zireh rolunu oynayan bildirçin yumurtaları xüsusilə xərçəng hüceyrələrinə qarşı müqaviməti artırır. Araşdırmalar göstərib ki, bildirçin yumurtası istehlak edən insanların xərçəngə tutulma riski çox aşağıdır. Bıldırcın yumurtasında bol miqdarda E vitamini, vitamin B 12, turşular, maqnezium, fosfor və sink var.

Digər yumurtalardan qat-qat daha qida dəyərinə malik bildirçin yumurtası zülal baxımından çox zəngindir. Toyuq yumurtası ilə müqayisədə daha çox amin turşusu ehtiva edir. Bu xüsusiyyəti ilə immunitet sistemini gücləndirməkdə inanılmaz təsirlər təmin edən bildirçin yumurtası uşaqların inkişafı və sağlamlığı baxımından çox əhəmiyyətli yer tutur. Uşaqlarda iştahı artırdığı üçün ən çox seçilən qida qaynaqlarından biridir.

İrəli yaşlarda görülə bilən osteoporoz və ya iltihab kimi xəstəliklərin qarşısını alır. Əzələlərin daha elastik olmasına kömək edir.

Təbiətdəki ən yaxşı D vitaminidir. Xüsusilə D vitamini çatışmazlığı olanlar müntəzəm istifadə etməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Xərçəngi boğaz ağrısı ilə səhv saldığını etiraf etdi – “Ağırlaşana qədər həkimə getmirik”

redaktor

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı…

redaktor

Həkim açıq havada idman etməyin təhlükələrini sadalayır

redaktor