Siyasət

Xanımım müharibə vaxtı buna görə qərargahda idi, oğlumun isə…” – Paşinyan HESABAT VERDİ

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasının iclasında həyat yoldaşının müharibə zamanı komandanlıq qərargahında hansı məqsədlə olduğunu izah edib.

Tacxeber.comxəbər verir ki,  istintaq zamanı Baş nazirdən həyat yoldaşı Anna Akopyanın həmin dövrdə qanunsuz olaraq bunkerdə olmasının və həmin hissədən foto paylaşmasının səbəbi soruşulub.

N.Paşinyan suala belə cavab verib:

“Müharibə başlayanda arvadım mənə dedi ki, orda müharibə olanda mən İrəvanda boş qala bilmərəm, gedim ora, bəlkə orada adamlar olar, kömək edə bilərik. Həmin günlərdə Xankəndini çoxlu sayda insan, qadınlar tərk etmişdi. Orada yemək problemi var idi və s. Akopyanın bunkerdə olmasının, ora getməsinin məqsədi bu idi”.

Paşinyan eyni zamanda bildirib ki, müharibə dövründə oğlunun hansı hissədə döyüşdüyünü də öyrənməyə maraqlı olmayıb. O deyib ki, oğlu ilə yalnız müharibə bitdikdən sonra görüşüb və harada xidmət keçdiyini bilib.

Tacxeber.com

Oxşar xəbərlər

Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu…

admin

Elçin Babayevin 26,3 milyonluq tender əməliyyatı – BDU tenderləri niyə şübhəli şirkətlərə verir?

redaktor

Paşinyan “Tramp marşrutu”nun təhlükəsizliyini kimin təmin edəcəyini açıqladı

redaktor