28 C
Bakı
13 Avqust 2025 18:36
Gündəm

“Vaqner”ə qoşulmayan azərbaycanlılar bunları yaşayıb – VİDEO

 

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub.

“Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var. O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib:

“Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.

Tacxeber.com

Oxşar xəbərlər

“Adil Əliyev bizi çağırıb dedi ki…” – DSX mayoru davadan DANIŞDI

redaktor

Həbsdə olan icra başçıları: TÜRMƏDƏ DƏ KEFDƏDİRLƏR

admin

Kamil Zeynallının anası oğlunun həbsindən danışdı – VİDEO

redaktor