20 C
Bakı
22 İyun 2025 02:25
Siyasət

Dünənki hadisələr Putini xeyli zəiflədib – Saakaşvili

Dünənki hadisələr Putini xeyli zəiflədib - Saakaşvili 

 

Rusiyada dünən baş verən hadisələr Putini xeyli zəiflədib.

Tacxeber.comxəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Rusiyada yaşanan hadisələr Ukraynanın müharibədə qələbəsini daha da yaxınlaşdırıb.

Xatırladaq ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Priqojin Belarusa köçəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ələsgər Məmmədli: “Bizi irəlidə bəlirsiz, daha çox problemlərin ortaya çıxacağı bir il gözləyir”

admin

Konqres Ukrayna və İsrailə yardım qanunlarını qəbul etdi

redaktor

“Bir binamus “yutub”a çıxıb ailəsinin…” – Deputatdan sərt sözlər

redaktor