Dünya

Zelenski Rusiya hadisələrindən danışdı

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verən hərbi qiyama münasibət bildirib.

O qeyd edib ki, şərin yolunu seçən hər kəs sonda özünü məhv edər.

“İnsanları alçaldır və yüzminlərlə insanı özünün silahlandırdığı şəxslərin üzərində göndərir ki, Moskvada təhlükəsizliyi qorusun. Rusiya çoxdan idi ki, öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edirdi.
İndi isə artıq o qədər xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər çox xaos, ağrı və problemə düçar olacaq”, – Volodimir Zelenski özünün rəsmi “Telegram” kanalında qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

D. Tramp: “Rusiya ataşkəsi qəsdən gecikdirir”

admin

“ABŞ tarixinin ən bahalı hakim seçkisində İ. Maskın dəstəklədiyi namizəd məğlub oldu” – Şahin Cəfərli

admin

Ukrayna NATO ölkələri ilə birlikdə ağır silah və hərbi texnika istehsal edəcək

redaktor