20 C
Bakı
22 İyun 2025 04:37
Maqazin

Vüsalə niyə efirə çıxmır?: “Məsələni ört-basdır etmək istəyir” – Elcan

Deyirdilər, Vüsalə Əlizadə səhhəti ilə bağlı efirə çıxmır. Amma ad gününə gedibmiş”.

Tacxeber.com xəbər verir ki, bu sözləri aparıcı-aktyor Elcan Rəsulov öz verilişində deyib. O, “El canlı”ya qonaq gələn müğənni Aysel Əlizadənin bir müddət əvvəl keçirdiyi ad günündən görüntülər yayımlayıb.

Ad günündə aparıcı Vüsalə Əlizadənin görüntüsünü görən Elcan onun səhhəti ilə bağlı efirə çıxmaması məsələsinə toxunub.

Elcanın sözlərinə Aysel “Ad günümdə öskürürdü” deyərək, Vüsaləni müdafiə etməyə çalışıb.

E.Rəsulov “Belə rəfiqə yoxdur… Məsələni ört-basdır etmək istəyir. Öz verilişində yoxdur, hamı yazırdı. Dedilər, səhhəti ilə bağlı çıxmır efirə” sözlərini əlavə edib.

Qeyd edək ki, Vüsalə bir müddətdir “7 canlı” verilişindən uzaqlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Doğuşdan ayrılıq iddialarına reaksiya

redaktor

Röya əri ilə barışıb? – VİDEO

redaktor

Emin Ağalarov: “Mələyim, sən bu həyatda tanıdığım ən yaxşı insansan” – VİDEO

redaktor