16 C
Bakı
27 Sentyabr 2025 05:36
Dünya

“Vaqner”çilər öz düşərgələrinə geri dönürlər: Priqojindən açıqlama

 

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin kolonun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bunu XHŞ-nin rəhbəri özünün teleqram kanalında bildirib.

O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

Tacxeber.com

Oxşar xəbərlər

Zəhərləmə və sui-qəsd cəngavərləri: KQB-nin dəhşətli əməliyyatları Sovet xüsusi xidmət orqanı xaricdə qisas əməliyyatlarını necə təşkil edirdi – Yadigar Sadıqlı

admin

İRAN COĞRAFİYADIR, VƏTƏN DEYİL!

redaktor

Bayden Makrona güzgü hədiyyə etdi – FOTO

redaktor