12 C
Bakı
29 Mart 2026 03:15
Dünya

“Vaqner” Volqoqradda: Əsgərlər Priqojinin tərəfinə keçir

“Vaqner” hərbi qruplaşması hazırda Krasnodar və Volqoqrad ətrafındadır.

Bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyinin hərbi qulluqçuları kütləvi şəkildə “Vaqner”in tərəfinə keçir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in Rostov və Voroneji ələ keçirdiyi bildirilir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Kurskda rusların 18-ci motoatıcı diviziyasının bölmələrini MÜHASİRƏYƏ ALDI – FOTO

redaktor

Dünyaya yayılan meymunçiçəyi virusu – Müalicəsi varmı?

admin

Ukrayna Təhlükəsizlik Xidməti Arestoviçlə bağlı araşdırmaya başlayıb.

admin