11 C
Bakı
29 Mart 2026 14:16
Dünya

Putinin “Vaqner” ilə bağlı planı budur – Priqojini aradan götürmək və…

 

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” ilə toqquşmadan yayınmaq istəyir. Onun əsas məqsədi təşkilatın rəhbəri Yevgeni Priqojini sıradan çıxarmaqdır.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın etibarlı hesab edilən teleqram kanallarından biri məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına yaxın mənbə bildirib ki, təhlükəsizlik qüvvələri qarşısında Yevgeni Priqojinin məhv edilməsi tələbi qoyulub.

“RF Silahlı Qüvvələrində Priqojinin Moskvaya keçidinə mane ola biləcək ciddi qüvvələr yoxdur. İndi qrupun onurğa sütunu cəbhədə işləməyən bütün bölmələrdən yığılır: Çeçen birləşmələri, Milli Qvardiya, Daxili İşlər Nazirliyi və FSB”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, Putinə böyük silahlı qarşıdurma lazım deyil, bir nömrəli vəzifə dəqiqliklə Priqojini aradan götürmək və bütün bu biabırçılığa görə amnistiya vəd edərək “Vaqner”in onurğasını ondan qoparmaqdır.

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar Krım üçün döyüşmək istəmir, ərazini tərk edirlər – CNN

redaktor

İsrail rəsmisindən “Ərafi öldürüldü” iddiası: Tehran susur

redaktor

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

redaktor