19 C
Bakı
24 İyun 2025 00:52
Gündəm

Lukaşenko Putinin təklifini çatdırdı: Priqojin razılaşdı

 

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” “PMC”nin rəhbəri Yevgeni Priqojin ilə danışıqlar aparıb. “Ölkə.az” “Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına Rusiyanın cənubundakı “Vaqner” özəl hərbi şirkəti ilə bağlı məlumat verib. Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Belarus prezidenti Rusiya prezidenti ilə razılaşaraq “Vaqner” “PMC”nin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Danışıqlar gün ərzində davam edib. Nəticədə Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəlinib.

Belarus prezidentinin “Vaqner” silahlılarının Rusiya ərazisində hərəkətini dayandırması və gərginliyi azaltmaq üçün əlavə addımlar atması təklifi Yevgeni Priqojin tərəfindən qəbul edilib.

Hal-hazırda danışıqlar masasında “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək üçün sərfəli və məqbul bir seçim var.

Tacxeber.com

Oxşar xəbərlər

“Mənim sayəmdə minlərlə insan rahat yata bildi” – Psixoloqdan zəlzələ açıqlaması

redaktor

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI

admin

Təcrübəli futbol adamı inkişaf strategiyası hazırladı – AFFA isə əcnəbilərdən imdad umur

admin