11 C
Bakı
30 Mart 2026 03:55
Gündəm

İcra başçısı “döyülməsindən” yazdı: “Xəbər tutdum ki…”

 

Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsi ilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq.

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov sosial şəbəkələrdə döyülməsi barədə yayılan məlumatlar haqda qeyd edib.

O bildirib ki, vətəndaşımıza şərəfli və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir.

Qeyd edək ki, Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü, Zaur adlı kənd sakininin başçıya “kəllə atdığı” iddia edilmişdi.

DİN bundan öncə yayılan məlumatı təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Abzas Media”nın həbsdə olan xanım jurnalistləri 2 gündür aclıq edirlər.

admin

Hulusi Akar və Soyluya yeni vəzifə verildi

redaktor

Hikmət Mirzəyev niyə sərhəddə? – İran ordusu biz tərəfə keçəcək…

admin