2 C
Bakı
11 Fevral 2026 02:48
Sağlamlıq

Bel və onurğa ağrısını kəsən effektiv məşq

 

Əksəriyyətimiz bütün günü ayaq üstə, bəzən isə əksinə, oturaq işdə, kompüter başında keçiririk.

Belə bir rejim sağlamlığa mənfi təsir göstərir, osteoxondroz, burulma, yırtıq və digər fəsadlarla nəticələnə bilər. Belə problemlərin qarşısını almaq üçün təcili olaraq ayaqlarımızı yuxarı qaldırmalıyıq, uzanaraq, ayaqları divara söykəmək şərti ilə.

Məşq bel ağrısı, yorğunluq və ayaqların şişməsi problemlərində kömək edir.
“Medicina” xəbər verir ki, reablitoloq Mariya Krestovnikovun sözlərinə görə, bu məşq uzanan vəziyyətdə həyata keçirilir. Divara olan məsafə fərdi olaraq tənzimlənir. Bədən tamamilə rahatlaşır. 2 dəqiqədən 4 dəqiqəyə qədər bu vəziyyətdə qalmaq kifayət edir.

Bu məşqin üstünlüyü ondan ibarətdir ki:

• qan axını bərpa olunur
• ayaqlarda ödem azalır
• fəqərələrarası dartınma yolu ilə rahatlaşma baş verir
• stressi aradan qaldırır.

Gündə 1-2 dəfə məşq edə bilərsiniz. Daha çox təsirli olmaq üçün gözlərinizi bağlamaq və diafraqmatik nəfəslə dərindən nəfəs almaq tövsiyə olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Su və duzla insanları müalicə edən iranlı həkimin maraqlı məsləhətləri – Dərman biznesinin “düşmən”i

redaktor

Həm xəstələr, həm də həkimlər gözləyir: Hansı dərmanlar pulsuz veriləcək?

redaktor

Az adamın bildiyi xurmanın əsas təhlükəsi

redaktor