12 C
Bakı
29 Mart 2026 05:22
Cəmiyyət

Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət etdi

 

Günvurma Günəş şüalarının beyinə təsiri nəticəsində yaranır.

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:

“Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər”.

Həkim bildirib ki, günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.

“Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür”, – deyə həkim qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bir adamın yox,minlərin zəhməti

redaktor

Naxçıvanda bu obyektlər bağlanır – VİDEO

redaktor

Dünən iki qadın həyatını itirib

admin