21 C
Bakı
12 Avqust 2025 06:06
Dünya

Dərman vasitələri üçün içlik vərəqələrinin dili ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamağa maraq göstərmirlər.

Bu baxımdan, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.
Bu təklif bəzi ekspertlər və əhalinin müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməyib və bir sıra yalnış açıqlamalara səbəb olub.

Bildirilib ki,ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq.

Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək. Bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.

Tacxeber.com

Oxşar xəbərlər

İranın Azərbaycanla sərhədindəki təlimdə FACİƏ: Ölənlər var

admin

Tramp Kamilla Harrislə debata razı oldu

redaktor

Ukraynalılar ŞOKDA – Rus PUA-larında İlon Maska məxsus SpaceX-in Starlink peyk rabitə sistemləri aşkarlandı

redaktor