16 C
Bakı
28 Sentyabr 2025 01:46
Cəmiyyət

Yazıçı 50 manata görə Space-də dava saldı – Şok təfərrüat

 

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Amil Xəlillə yazıçı-kulturoloq Aydın Xan Əbilov arasında qalmaqal yaşanıb. Aparıcı canlı efir zamanı həmkarlarına çağırış edib. O, aparıcısı olduğu “Gəl, danış” proqramına yazıçını bir daha efirə dəvət etməyəcəyini deyib. Daha sonra Amil, “Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz”, – sözlərini söyləyib. Yenisabah.az xəbər verir ki, aparıcının bu sözləri cavabsız qalmayıb, Aydın Xan Əbilov sosial şəbəkə hesabında ona sərt qarşılıq verib: “Amil Xəlil, şişmisən, deyəsən. Dünən tədbirdə mən sənə dedim ki, bundan sonra, verilişinin hər birində, dost olduğuna görə, 50 manat qonorar versən, gəlib iştirak edərəm. Sən dur bu gün canlı efirdə artistlik elə, de ki, Aydın Xanı mən verilişə qoymaram! Bundan sonra 1000 manat da versən, mənim nəinki özümü görərsən, hətta adımı belə çəkməyə sənə qadağan edərəm!”.

Sosial şəbəkə iştirakçıları tərəfləri anlaşmağa səsləyiblər. Onlar iki yaradıcı adam arasında başlayan söz davasına görə təəssüf hissi keçirdiklərini gizlətməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Müqəddəs Valentin kimdir? – Cütlükləri gizli şəkildə evləndirən rahib

redaktor

Bir nəfərin davranışına görə hamını ittiham etmək düzgün deyil.

redaktor

Rövşən Binəqədili “Qarabağ”a mahnı həsr edəcək? – Açıqlama

redaktor