25 C
Bakı
23 İyun 2025 17:12
Dünya

Sənədli filmin çəkilişi zamanı dəhşət: köpəkbalığı “Netflix” komandasına hücum etdi

 

“Netflix”in “Our Planet II” sənədli serialının çəkilişləri zamanı çətinlik yaşanıb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, çəkiliş qrupu Sakit Okeanda köpək balıqlarının hücumana məruz qalıb.

Serialın “Emmy” mükafatını qazanan komandası şimal-qərb Havay adalarından biri olan Laysan yaxınlığında balinaların sualtı görüntülərini lentə alarkən köpəkbalıqları qayığa hücum edib. Köpəkbalıqları sonda şişmə qayığı dişləyərək deşiklər açıblar.

Rejissor Tobi Noulan, köpəkbalıqlarının davranışının son dərəcə qeyri-adi olduğunu və heyvanların inanılmaz dərəcədə ac göründüyünü söyləyib.

“Sudakı “v” şəkilli cərəyan bizə tərəf gəldi və köpəkbalığı qayığı dişlədi. Qayıqda nəhəng deşiklər açdı və qayıq partladı.

Köpəkbalığını qovmağa çalışdıq, amma o getmirdi. Dəhşətli idi. Bu həmin gün bizə hücum edən ikinci köpəkbalığı idi”.

Xoşbəxtlikdən çəkiliş qrupu qurudan təxminən 100 metr aralıda idi və qayıq tamamilə boşalmamış sahilə çata biliblər.

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian: “İsrailə daha ağrılı və sarsıdıcı cavablar veriləcək”

redaktor

Lukaşenko qalib gələrək 7-ci dəfə prezident seçildi – VİDEO

redaktor

Bu ölkədə təyyarə yoldan geri qayıtdı – Görün səbəbi nə imiş?

redaktor