10 C
Bakı
27 Mart 2026 14:46
Hadisə

Naxçıvan və Şuşa istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu

 

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi

redaktor

İtaliyada 243 kq-lıq bomba partladıldı

redaktor

18 müəllimi imtahandan kəsildi, direktor infarkt keçirdi

redaktor