16 C
Bakı
26 Sentyabr 2025 22:58
GündəmHadisə

DİN: “Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır”

 

Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

“Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar. Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – məlumatda deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Nüvə çamadanı” ilə bağlı ŞOK FAKTLAR: Çantadakı “qara kitab”

admin

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb

redaktor

O hansı təhlükədir ki, quru yolla gələ bilər, amma təyyarə ilə gələ bilməz? – Cəmil Həsənli

redaktor