15 C
Bakı
29 Mart 2026 14:56
Siyasət

Tokayev: SSRİ “mifləri”ndən qurtulmaq vaxtıdır!

 

 

Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalı və öz görkəmli simalarının siyahısını yaratmalıdır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Tarixi özünüdərkin gücləndirilməsində böyük əhəmiyyət kəsb edən ən mühüm ideoloji alət onomastikadır. Müxtəlif obyektlərə tərcümeyi-halı kiminsə şəxsi maraqları naminə qəsdən mifləşdirilən sovet dövrünün xadimlərinin adlarının verilməsi praktikasını dayandırmaq lazımdır. Əvəzində daxildə və xaricdə milli kimliyimizi göstərən görkəmli şəxsiyyətlərin vahid silsiləsindən istifadə edilməlidir”, – o bildirib.

Tokayev milli prioritetləri nəzərə alaraq onomastik prosedurları tənzimləməyə çağırıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti analoji təklifi mart ayında da səsləndirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident və xanımı Ağdama getdi

redaktor

Litva rus diplomatı ölkədən qovdu

admin

Vatikan açıq mövqe tutur! – Kamran Cəfərov

admin