Dünya

Saakaşvilinin əfv olunması… – Gürcüstan Prezindenti sərt danışdı

 

“Mən gürcü xalqı qarşısında cavabdehəm və onların hiss etdiklərini rəhbər tutmalıyam. Gürcü xalqı çoxlu qurbanlar verən Saakaşvili rejiminin 9 ilindən sağ çıxdı”.

Tacxeber.com xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin əfv olunması ehtimalını şərh edərkən belə deyib.

“Gürcü xalqı çox humanist və tolerantdır. Amma əhalinin hissləri ondan ibarətdir ki, onun rejimi dövründə törədilən cinayətlərin əvəzini verməlidirlər – bəlkə də onun yox, onun göstərişi ilə”, – deyə o bildirib.

Bundan əlavə, Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili sosial şəbəkələrdə eyni vaxtda həm Gürcüstanda, həm də Ukraynada siyasi həyata qoşulmağa hazır olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Laçında yeni hərbi obyektlər istifadəyə verilib – VİDEO

redaktor

Ukrayna İran istehsalı olan PUA-ları məhv edib

redaktor

İranda son qərar verildi – Hücum üçün ən yaxın tarix göstərildi

admin