26 C
Bakı
10 Avqust 2025 06:23
CəmiyyətGündəm

Qadın pensiyaçılara MÜJDƏ – VİDEO

 

Qadınların pensiyasina xüsusi əmsallarin tətbiqi təklif olunub.

Tacxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur. Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur.

Deputat Vüqar Bayramov təklif edir ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq.

Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qaldırılsın.

 

Oxşar xəbərlər

“İST PETROL”-da benzinə su qatıldığı RƏSMƏN TƏSDİQLƏNDİ: “Aradan qaldlırılacaq” + VİDEO

redaktor

Direktorun işdən çıxarıldığı məktəbdə görün nə baş verib: 9-cu sinifdə oxuyan qız…

redaktor

Aygün Kazımova: “Özümü “TikTok”un Xalq artisti elan edirəm” – VİDEO

redaktor