26 C
Bakı
21 İyun 2025 15:18
Dünya

Astanada mağazada “Z” əməliyyatı: hamısı satışdan yığışdırıldı

 

Astanada uşaq mağazasının pəncərəsindən Ukraynadakı müharibənin rus simvolları olan oyuncaq hərbi texnika çıxarılıb.

Tacxeber.com xəbər verir ki, əvvəlcə bununla bağlı Qazaxıstan polis çağırılıb və hüquq-mühafizə orqanı əməkdaşı həmin obyektə gəldikdən sonra tədbir görülüb.

Uşaq malları arasında hərbi yük maşınları, zirehli avtomobillər, helikopterlər və hətta təyyarələr satışda olub. Bunların hamısının üzərində “Rusiya Silahlı Qüvvələri” yazıları və “Z” simvolu yer alıb.

Oyuncaq mağazasının sahibləri müharibə təbliğatına da qarşı olduqlarını və polisin tələbi ilə oyuncaqları yığışdırdıqlarını bildiriblər.

Onlar bildiriblər ki, məhz bu nüsxələr təsadüfən mağazaya düşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşıb

redaktor

Ukraynada onun adına təqaüd təsis ediləcək

redaktor

Putin Bakıda onunla görüşdən imtina edib

redaktor