16 C
Bakı
27 Sentyabr 2025 21:34
Dünya

Türkiyənin “ağıllı” qanadlı raketi “Bayraktar TB2”yə inteqrasiya olundu – VİDEO

 

Türkiyənin “Baykar” müəssisəsinin istehsalı olan “Kemankeş” mini ağıllı qanadlı raketi Ədirnədəki Keşan poliqonunda PUA-dan ilk atış sınağını müvəffəqiyyətlə tamamlayıb.

Atış testini yerinə yetirmək üçün Keşandakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxan “Bayraktar TB2” PUA-sı “Kemankeş” ilə 20 kilometr məsafədən atəş açıb.

Yerli reaktiv mühərriki ilə təchiz olunan raket 33 kilometrlik yolu yüksək sürətlə qət edib. Sursat müəyyən edilmiş hədəf bölgəsinə çataraq tapşırığı yerinə yetirib.
Qeyd edək ki, “Kemankeş” ilk dəfə olaraq “Bayraktar TB2”yə inteqrasiya edilib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Lavrov: Təyyarələrimizə yanacaq doldurmaq istəmirlər

admin

Ermənistanda iki Türkiyə vətəndaşı həbs edildi

redaktor

CAR prezidentindən Putinə: “Biz hədiyyə üçün gəlməmişik”

redaktor