26 C
Bakı
10 Avqust 2025 07:31
GündəmSağlamlıq

Moruq yarpağı çayı möcüzəsi – Bu xəbəri xüsusilə qadınlar çox sevəcək

Moruq diyet saxlayan insanların şirniyyata olan tələbatını ödəyəcək qədər şirin, lakin bir o qədər də kalorisi aşağı olan qiymətli giləmeyvələrdən biridir.

moruq-yarpagi-cayi-mocuzesi

Bir ovuc moruq 100 kaloridir.

Bol miqdarda C vitamini və lif qaynağıdır.Tərkibində az da olsa kalium var.  Ürək və damar sağlamlığı üçün çox faydalı qidalardan biridir. Moruq başdan ayağa şəfa mənbəyidir. Xalq təbabətində yarpaqlarından doğuşu asanlaşdırmaq və menstruasiya sancılarını azaltmaq üçün  geniş istifadə edilir.

Moruğun faydaları haqda çox danışılıb, yazılıb.

Tacxeber.com moruğun o qədər də bilinməyən və xalq arasında məşhur olmayan tərəflərindən yazacaq.

 Moruq təbii aspirin effekti göstərdiyindən qrip, soyuqdəymə zamanı geniş istifadə edilir və dərman qədər effektlidir.

Yüksək miqdarda C vitamini ehtiva etməklə təbii antioksidantdır.

Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyar.

İmmunitet sistemini qüvvətləndirər.

Liflə zəngin olduğundan bağırsaqları işlədir, probiotikləri dəstəkləyici təsiri vardır.

Aşağı kalorilidir, kökəltmir.

Arıqlamaq istəyənlərin  şəkərə olan  ehtiyacını təmin edər.

Diyetoloqlar arıqlamaq istəyənlərin şirniyyata olan ehtiyacını ödəmək üçün bəslənmə siyahılarına  gündə 1 boşqab moruq əlavə etməyin faydalı olduğunu deyirlər.

Qadınlar reql dövründə şiddətli sancılardan əziyyət çəkirlərsə, moruq yarpağı çayı içə bilərlər.

Ancaq hamiləlik dövründə bitki çayları içərkən həkimlə məsləhətləşmək lazımdır.

Moruq yarpağı çayı necə hazırlanır?

1 çay qaşığı ahududu yarpağı
250 ml qaynar su

Moruq yarpaqları bir stəkana tökülür,   üzərinə qaynar su əlavə olunur. Ağzı bağlanılaraq 5 dəqiqə dəmlənir. İsti-isti içilir. Gündə 3-4 stəkan içmək sancıların azalmasına kömək edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbovun qayınanası vəzifəsindən azad edildi

redaktor

“Sənan Əhmədovun qardaşı ilə telefon danışıqları ortaya çıxarılıb və məlum olub ki, 6 min manat…”

admin

Zəncəfilin immunitetə müsbət təsiri tapıldı

redaktor