32 C
Bakı
12 Avqust 2025 17:14
Sağlamlıq

Xarici görünüşündəki 5 dəyişikliyə diqqət – Üzün şişirsə…

 

Xarici görünüşdəki 5 dəyişiklik ciddi sağlamlıq problemlərindən xəbər verir. İnsanın çəkisi və əhvalındakı pozulmalar bir siqnaldır.

“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, bəzi hallarda ciddi sağlamlıq problemlərindən xəbər verən dəyişikliklər bunlardır:
“Çəki – bədən çəkisinin qəfil dəyişməsi, həm aşırı kökəlmə, həm arıqlama həkimə getməyə səbəbdir.

Əgər qısa müddət ərzində bir insan həyat tərzini dəyişmədən çox köklənibsə və ya arıqlayıbsa, o zaman terapevtə müraciət etməlidir. Ani çəki artımı xərçəng də daxil olmaqla ciddi xəstəliklərdən xəbər verə bilər.

Əhval-ruhiyyə – ciddi sağlamlıq problemlərinə görə depressiv vəziyyətlər də yarana bilər. Onlar uzun müddət (bir ay və ya daha çox) müşahidə edilərsə, hormonal disbalans yoxlanmalıdır.

Şişkinlik – üzün şişməsi endokrin anomaliyaların, tiroid vəzinin problemlərinin əlaməti ola bilər. Ayaqların şişməsi ürək xəstəliyinin, qan laxtalanmasının əlamətidir.

Erkən qocalma – qırışlar, şişkin göz qapaqları, solğun dəri – həm endokrin, həm də ürək-damar və ya sidik sistemində müxtəlif xəstəlikləri göstərə bilər.

Dəri və saç – dərinin həddindən artıq qurumasına və ya əksinə, yağlanmasına göz yummaq olmaz. Bundan əlavə, qoltuqlarda, dirsəklərdə və ya göz qapaqlarında, boyunda görünən tünd dəri sahələri diqqət yetirmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Limfa vəziləri niyə şişir? – Boğazgəlmə üçün effektiv resept

redaktor

Qanazlığı olanlar bu meyvəni yesin

redaktor

Südə limon sıxıb bir gecə saxlayın – Möcüzəvi faydası

redaktor