23 C
Bakı
25 Sentyabr 2025 13:10
GündəmHadisə

Qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

 

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da dələduz süni intellektlə özünü Marko Rubio kimi təqdim edib və yüksək vəzifəli şəxslərlə əlaqə qurub — KİV

redaktor

Çingiz Abdullayev Azərbaycan dilində yenə danışa bilmədi: “Sağlamlıq, xoşbəxtlik, çoxlu uğurları. Nəvələri ilə çox sevinc…” – FOTO

redaktor

“Ölüm, dirim qalmadı, hamısını söydünüz” – qalmaqallı görüntüsündən danışdı – VİDEO

redaktor