Gündəm

Ermənistanda əsir saxlanılan hərbçimizin EKSKLÜZİV VİDEOSU

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. Videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə baş tutub.

Tacxeber.com Modern.az-a istinadən əsir Aqşin Bəbirovun ailəsi ilə telefon danışığının videogörüntülərini eksklüziv olaraq təqdim edir:

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir neçə gün öncə keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

admin

Nazirlikdən formalarla bağlı narazılıqlara – Reaksiya

redaktor

“Biz penalti və VAR müdaxiləsini gözləyirdik” – AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker

admin