Cəmiyyət

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

 

Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir.

Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var.

Tacxeber.com

Oxşar xəbərlər

11-ci sinif şagirdi özünü niyə öldürdü? – TƏFƏRRÜAT

admin

“Həmin şəxs mətbəxdə əməliyyat olunub”

redaktor

Qapı kilidləri açar olmadan da açılır: Kilidi necə seçək ki, oğrular qapımızı aça bilməsinlər?

redaktor