Dünya

Azərindən maraqlı AÇIQLAMA: “O vaxt Ərdoğan mənə demişdi ki…” – VİDEO

 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana sonuncu səfəri zamanı “Gülüstan” sarayında Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirmişdi. Prezidentlər Azərinin çıxışını ayaqüstə alqışlamışdı.

Tacxeber.com xəbər verir ki, Azərin Ərdoğanla bağlı xatirəsini “Sabah”la bölüşüb. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlib və ona bu sözləri deyib: “Gülüstan” sarayında “Çırpınırdı Qara dəniz” mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: “Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!”

Qeyd edək ki, bu dəfə Azərin “Çırpınırdı Qara dəniz”i səsləndirərkən “Azərbaycan bayrağını Qarabağda asmışıq” kimi ifa edib.

Oxşar xəbərlər

Vladimir Zelenski Kanada səfərini yarımçıq qoyub Kiyevə qayıdır: səbəb?

redaktor

ABŞ-də daha bir təyyarə qəzası: Şəhərdə yanğın başladı

redaktor

“Qarabağ” növbəti mərhələyə adlasa onlarla görüşə bilər

admin