31 C
Bakı
13 Avqust 2025 14:57
Cəmiyyət

Natiq Məmmədli: “Jurnalist fikirlərini qısa şəkildə ifadə etməklə də ictimai rəyə təsir göstərə bilər”

 

“Qəzet materialını kopyalayıb sayta qoymaq onlayn media demək deyil. Bəzən elə düşünürük ki, ciddi yazılar daha uzun olmalıdır. Xeyr, jurnalist fikirlərini qısa şəkildə ifadə etməklə də ictimai rəyə təsir göstərə bilər”.

Tacxeber.comxəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli jurnalistlər üçün “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda keçirilən təlimdə bildirib.

“Kiminsə sosial media paylaşımına gülüş işarəsi qoyanda, sizi əmin edirəm, çox vaxt gülmürəm. Eyni zamanda kimsə rəhmətə gedəndə paylaşıma ağlamaq işarəsi qoyuruq. Bir sözlə, texnologiya hislərimizi də dəyişib. Təlimlərimizin məqsədlərindən biri də jurnalistlər arasında canlı ünsiyyət yaratmaqdır. Fikir mübadiləsində insan öz potensialını kəşf edir”, – N.Məmmədli bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda nə qədər insan yaşadığını bilmir.

admin

Bu gün “Sabah” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

admin

Çörəyin çəkisi etiketdə göstərilən kimi olmasa, nə etməliyik? – VİDEO

redaktor