11 C
Bakı
27 Mart 2026 18:22
Hadisə

“Baş gedib, ağlımı kayb etmişəm, Ayselimi axtarıram” deyən şəxsin məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur” – VİDEO

 

“Ayseli axtarması ilə bağlı videosu yayılan şəxsin həbs edildiyi deyilir. Bunu alqışlayanlar da var. Lakin “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 18-ci maddələrinə əsasən özü və ətrafdakılar üçün təhlükəli olan, ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edən şəxslər qeyri-könüllü psixiatriya yardımına (müayinəsinə) cəlb edilə bilər”.

Tacxeber.com-ın xəbərinə görə, bunu vəkil Elçin Sadıqov bildirib.

“Özü və ətrafdakılar üçün təhlükə yaratmayan şəxslər ümumiyyətlə qeyri-könüllü stasionar psixiatriya xəstəxanasına yerləşdirilə bilməz. Videolarda həmin şəxsin özü və ətrafdakılar üçün təhlükəli olması görünmür. Ona görə də onun məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur”, – E.Sadıqov qeyd edib.

 Tacxeber.com

Oxşar xəbərlər

BMV divara çırpıldı: 4 gənc öldü

admin

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

redaktor

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb

redaktor