7 C
Bakı
28 Dekabr 2025 04:25
Siyasət

Dünyanın gözü Bakıda: Ərdoğan bunu elan edəcək?

 

28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı qələbəsindən sonra ilk səfərinə hazırlaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi dünyanın diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, bütün region ölkələrinin, o cümlədən dünyanın aparıcı media qurumları Ərdoğanın sabah Azərbaycana səfərə gəlməsi və səfər proqramına yer verib.

Əsas diqqət isə proqramdakı “yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanlarının müzakirəsi” ifadəsidir. Türkiyə və Azərbaycan prezidentləri Ərdoğan və Əliyevin yeni dönəm üçün prioritetlər elan edəcəyi gözlənilir.

Başqa cür desək, Ərdoğanın Bakıya səfərinin yalnız adətə uyğun olaraq protokol xarakteri daşımayacağı, yeni çağırışlara uyğun mühüm bəyanatların veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan bu gün Şimali Kiprə səfər edəcək və sabah oradan birbaşa Bakıya gələcək.

Bu, Ərdoğanın seçkidən sonra ilk xarici səfəridir.

Tacxeber.com

Oxşar xəbərlər

İranla Rusiya arasında gərginlik artır: Dostlar düşmənə çevrilir

redaktor

İmamoğlu və Yavaş Akşenerlə görüşdü – ŞOK TƏKLİF

redaktor

Rusiya Kiyevdəki Bayraktar zavoduna iki dəfə zərbə endirib

redaktor