Dünya

Bir ildə Ermənistanda 7 rus bazası tikilib – Foto

 

“Qərbyönlü” siyasət yeritdiyi haqda görüntü yaradan “demokrat” Nikol Paşinyanın idarə etdiyi Ermənistanda son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi 7 hərbi baza tikib.

Tacxeber.com xəbər verir ki, yeni tikilən hərbi bazaların görüntülərini “Papirus” Teleqram kanalı yayıb.

Görüntülərdə bu bazaların xüsusilə Azərbaycan sərhədinə yaxın, Qərbi Zəngəzurda olması da diqqət çəkir.

Qeyd edək ki, Rusiyaya tənqidləri ilə gündəmə gələn Paşinyan hakimiyyəti hazırda Rusiyanın sanksiyaları dəlməsində müstəsna rol oynayır və bu xidmətləri müqabilində milyardlar qazanır. Bu barədə ABŞ başda olmaqla, Qərb ölkələri dəfələrlə açıqlama yaysa da, hələlik Ermənistana sanksiya gündəmə gətirilmir.

Oxşar xəbərlər

Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı AÇIQLAMA

redaktor

Pis vərdişlə mübarizə, yoxsa şüuraltı təbliğat? – “Nəzarətə götürülməlidir”

redaktor

Ağ Ev oteldə unudulmuş sənədlərlə bağlı ajiotajı lağa qoydu

redaktor