Dünya

Bir ildə Ermənistanda 7 rus bazası tikilib – Foto

 

“Qərbyönlü” siyasət yeritdiyi haqda görüntü yaradan “demokrat” Nikol Paşinyanın idarə etdiyi Ermənistanda son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi 7 hərbi baza tikib.

Tacxeber.com xəbər verir ki, yeni tikilən hərbi bazaların görüntülərini “Papirus” Teleqram kanalı yayıb.

Görüntülərdə bu bazaların xüsusilə Azərbaycan sərhədinə yaxın, Qərbi Zəngəzurda olması da diqqət çəkir.

Qeyd edək ki, Rusiyaya tənqidləri ilə gündəmə gələn Paşinyan hakimiyyəti hazırda Rusiyanın sanksiyaları dəlməsində müstəsna rol oynayır və bu xidmətləri müqabilində milyardlar qazanır. Bu barədə ABŞ başda olmaqla, Qərb ölkələri dəfələrlə açıqlama yaysa da, hələlik Ermənistana sanksiya gündəmə gətirilmir.

Oxşar xəbərlər

Avropa İrana qucaq açır – TƏHLİL

admin

Bitcoin 60 min dolları keçdi.

admin

BMT-dən XƏBƏRDARLIQ: “ChatGPT ciddi problemlər yarada bilər”

redaktor