10 C
Bakı
27 Mart 2026 16:04
Hadisə

İstanbulda atışma olub: ölənlər və yaralananlar var

 

İstanbulda silahlı qarşıdurma olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Atışmada 2 nəfərin ölddüyü, 4 nəfərin yaralandığı bildirilir.

Verilən məlumata görə, kimliyi hələ məlum olmayan bir şəxs günorta saatlarında Katip Kasım Məhəlləsində qurulan bazarın ətrafına nəzarətsiz şəkildə bibər qazı səpib.

Bölgədə quşçuluqla məşğul olan Beşir K. və Harun K, müştərilərinin narahat olduqlarını əsas gətirərək bu şəxslə mübahisə edib.

Mübahisədən sonra axşam saatlarında yenidən hadisə yerinə gələn şübhəli Beşir K. və Harun K.-ya atəş açıb. Silahlı qarşıdurma baş verib. Daha sonra şübhəli hadisə yerindən qaçıb.

Qarşıdurmada ağır yaralanan Beşir K. və Harun K. aparıldıqları xəstəxanada həyatını itirib, ətrafda olan 4 nəfər isə yüngül xəsarət alıb.

Polis qruplarının axtarışları nəticəsində şübhəli tutulub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Vilayət Eyvazov bu rayonun polis şöbəsinə rəis müavini təyin etdi

admin

Avtomobil kanala aşdı – Ölənlər var – FOTO-YENİLƏNİB

admin

Qorunmaq üçün ekskavatorun içinə girdilər, sel apardı.

admin