24 C
Bakı
22 İyun 2025 16:50
Cəmiyyət

Abid Şərifovdan nəvəsinin yeni şirkət yaratmasına REAKSİYA

 

Xəbər verdiyimiz kimi, Baş Nazirin sabiq müavini Abid Şərifovun nəvəsi yeni şirkət yaradılması ilə bağlı məlumatlar yayılıb. “Spark Motors” MMC 2023-cü il aprelin 26-da dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Mahmudov Nicat Məmməd oğludur.

Mətbuatda N. Mahmudovun 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi olduğu qeyd olunur. “Spark Motors” MMC 10 manat nizamnamə kapitalı ilə AZ1010, Bakı şəhəri Səbail rayonu, Badamdar ştq, Xəqani ev.26/31 m.41 ünvanında qeydiyyata alınıb.

Məsələ ilə Baş nazirin sabiq müavini Abid Şərifov Demokrat.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Bu barədə heç bir məlumatım yoxdur. Mənim elə nəvəm yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

450 min manata yeni model “Range Rover” alan Xaçmaz rayon başçısı vəzifəsini itirə bilər

admin

Azərbaycanda vatsap hesabları bağlanır – Rəsmi açıqlama

admin

Vahid Əhmədov: “Ermənistan rəhbərliyi kölgədə gizlənib, hamısını Rusiya sülhməramlılarının üstünə atıb, amma arxada bütün işlərini görür..”

redaktor