Dünya

Taliban qadınlardan sonra kişilərədə qadağa qoydu

 

Əfqanıstandakı Taliban administrasiyası qadağalarına yenisini əlavə edib.

Tacxeber.com “HaberGlobal”a istinadla xəbər verir ki, indiyə qədər qadınlara qadağalar qoyan təşkilat indi kişilər üçün təraş etməyi qadağan edib.

Bərbərlər və saqqal uzatmaq istəməyənlər bu qərarın əleyhinədirlər.

Herat Elm və Fəzilət Şöbəsinin rəhbəri Əbdül Rəhman bildirilib ki, “20 illik cəhalətdən sonra” gənc nəsil təbii olaraq onların əmrlərindən üzüləcək:

“Başa düşmək lazımdır ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvada 60-dan çox reys təxirə salındı

redaktor

İsrail “Hizbullah”a şərt qoydu

admin

İran İsraildə xəstəxananı raketlə vurdu

redaktor