24 C
Bakı
22 İyun 2025 11:10
İdman

Qurban Qurbanovun oğlunun qiyməti ARTDI

 

2022/23 mövsümün üçün Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yekun transfer dəyəri açıqlanıb.

“Transfermarkt” idman portalının açıqladığı siyahıya “Neftçi”nin kapitanı Emin Mahmudov başçılıq edir.

Onun transfer dəyəri 1,4 milyon avrodur. Onun qiymətində dəyişiklik baş verməyib.

İkinci pillədə Premyer Liqanın və “Qarabağ”ın bombardiri Ramil Şeydayev qərarlaşıb. Millimizin üzvünün dəyəri 1,2 milyon avrodur. Dekabrda açıqlanan siyahı ilə müqayisədə onun qiyməti 400 min avro artıb.

Üçüncü sıraya üç futbolçu şərikdir. “Sabah”ın legioneri Aleksey Kaşuk, “Qarabağ”ın üzvləri Yassin Benzia və Musa Qurbanlının dəyəri eynidir – 1 milyon avro.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan futbolunda danışılmış oyun QALMAQALI – “Şamaxı” klubunda nələr baş verir?

admin

Azərbaycandan gedən De Byazi iş axtarır

redaktor

“Kəpəz”in futbolçusunun qanında Hepatit B aşkarlandı, futbol oynamasına icazə verilmədi.

admin